featured-image-74585

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Pdremyer Liqasının 18-ci turunda qeydə alınan mübahisəli epizodları şərh edib.

Msport.az xəbər verir ki, o, iki matçda hakimlərin yanlış qərar verdiklərini təsdiqləyib.

“Araz-Naxçıvan” – “Neftçi” görüşündə (0:4) referi Rauf Cabadov Bruno Frankoya ikinci sarı vərəqə göstərib onu meydandan qovmalı idi. Maraqlıdır ki, VAR hakimi Vüqar Həsənli də epizoda müdaxilə etməyib. Hakimlər Komitəsi futbolçunun ikinci sarı vərəqə ilə cəzalandırılmalı olduğunu təsdiqləyib.

Daha bir hakim səhvi “Qarabağ” – “Turan Tovuz” oyununda (1:0) yaşanıb.  43-cü dəqiqədə qonaqların hücumçusu İbrahima Vadji Mateus Silvaya qarşı təcavüzar hərəkətə yol verir. Matçın baş hakimi Elçin Məsiyev bu epizodda Vadjiyə qırmızı əvəzinə sarı vərəqə göstərir. VAR hakimi Rəşad Əhmədov da həmkarına səhv qərarla bağlı kömək etmir. Hakimlər Komitəsisinin sədri bildirib ki, epizodda futbolçuya təcavüzkar hərəkətə görə qırmızı vərəqə göstərilməldiir.

Bənzər xəbərlər