featured-image-83283

Bakıda cüdo üzrə dünya çempionatına start verilib.

Msport.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə Azərbaycan komandası qızıl medal qaanıb.

60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cüdiçumuz finalda Qazaxıstan təmsilçisi  Şerzad Davlatova qalib gəlib.

Əhməd Yusifov ilk görüşündə Tümenjarqal Tuvşinturayı (Monqolustan) məğlub edib. Daha sonra Harş Sinqhi (Hindistan) və Ayub Bliyevi (Rusiya) mübarizədən kənarlaşdırıb.

Azərbaycan cüdoçusu yarımfinalda Yunq Vey Yanqa (Tayvan) qalib gələrək finala yüksəlib və həlledici görüşdə də Davlatovdan üstün olub.

Bənzər xəbərlər