Çempionlar Liqası: “Qarabağ”ın iştirak ərizəsində dəyişiklik
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la üz-üzə gələcək “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib.
Msport.az xəbər verir ki, Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb.
Onu Kadi Borges əvəzləyib. “Köhlən atlar”ın yeni transferi Jeremi Qnali isə heyətdə yer almayıb.
“Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Qeyd edək ki, Kadi Borgesin adı noyabrda zədələndiyi üçün iştirak ərizəsindən çıxarılmışdı. Report







