Luis Enrike: “Qarabağ”la oynamaq daha yaxşıdır”
“Liqa mərhələsindən çıxmağın nə qədər çətin olduğunu bilən bir komanda varsa, bu da bizik. “Monako” və ya “Qarabağ”la qarşılaşmağa hazırıq”.
Msport.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensail rəqiblərindən olan PSJ-nin baş məşqçisi Luis Enrike deyib.
Klubun televiziyasına müsahibə verən mütəxəssis qeyd edib ki, pley-offda “Qarabağ”la oynamağı daha üstün tutur: “Görəcəyik, ümid edirəm ki, bu, Fransa komandası olmayacaq. Çünki biz fransızlara qarşı oynamaqdan bezmişik. Başqa bir ölkəyə getmək, “Qarabağ”la oynamaq daha yaxşıdır. Çətin səfər oyunlarına öyrəşmişik. Bəzi oyunçularımız sıraya dönəcək. Son görüşdə daha bir vacib oyunçu (Xviça Kvaratsxeliya) zədələndi. Bu, təəssüf doğurur, amma biz bunu qəbul etməliyik”.
Qeyd edək ki, pley-off mərhələsinin püşkü sabah atılacaq. “Qarabağ” bu mərhələdə ya PSJ-yə (Fransa), ya da “Nyukasl”a (İngiltərə) rəqib olacaq. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda keçiriləcək.







