Nəriman Axundzadə ABŞ-a nə vaxt yollanacaq?
“Qarabağ” yaxın zamanlarda futbolçusu Nəriman Axundzadənin ABŞ-da – MLS təmsilçisi “Kolambus Kru” klubuna keçəcəyini rəsmən açıqlayacaq.
Msport.az xəbər verir ki, açıqlama yaxın 1-2 gündə elan oluna bilər.
Tərəflər arasında danışıqlarda bütün detallar razılaşdırılıb. İndi yalnız keçidin rəsmən elan edilməsi və müqavilənin imzalanması qalır. Hazırda futbolçu ABŞ-a getmək üçün işçi vizasının həlli məsələsi ilə məşğuldur. Bu proses bir neçə gün çəkə bilər.
Qeyd edək ki, MLS-də yeni mövsüm fevralın 21-də start götürür. O vaxta qədər Nərimanın yeni komandasının düşərgəsinə qoşulacağı gözlənilir. ABŞ təmsilçisi bu transferə görə “Qarabağ”a təzminat ödəyəcək. Qol.az







