featured-image-74454

Azərbaycan Premyer Liqasının XVIII turunda bu gün lider “Sabah” “Zirə” ilə üz-üzə gələcək.

Msport.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq oyun turun mərkəzi görüşü hesab olunur.

Bakı klublarının dueli saat 17:00-da başlayacaq.

Günün ilk qarşılaşması isə Yevlaxda təşkil olunacaq. Ötən tur “Qarabağ” üzərində inamlı qələbə qazanan “Kəpəz” bu dəfə Yevlax şəhər stadionunda “Şamaxı” ilə qarşılaşacaq. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv uğurlu çıxışı davam etdirməyə, “Şamaxı” isə ötən tur böyük hesabla uduzduğu “Qəbələ” matçını unutdurmağa çalışacaq.

Sözügedən oyun saat 14:30-da başlayacaq.

Turnir cədvəlinə 40 xalla “Sabah” başçılıq edir. 29 xalı olan “Zirə” 5-cidir. “Şamaxı” 20 xalla 8-ci, 12 xala malik “Kəpəz” isə 11-ci pillədə yer alıb.

 

Premyer Liqa

XVIII tur

31 yanvar

 

14:30. “Kəpəz” – “Şamaxı”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.

VAR: Fərid Hacıyev.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Yevlax şəhər stadionu

 

17:00. “Zirə” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Zirə İdman Kompleksinin stadionu

 

Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəlib. XVIII tura fevralın 1-də yekun vurulacaq.

Bənzər xəbərlər