featured-image-74422

Azərbaycan Premyer Liqasının XVIII turuna bu gün iki oyunla start veriləcək.

Msport.az xəbər verir ki, ilk görüş Yevlaxda təşkil olunacaq.

“Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 14:30-da başlayacaq. 27 xala malik “Sumqayıt” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 6 xalı olan “Karvan-Yevlax” isə sonuncu – 12-cidir.

Günün son matçında “Qəbələ” evdə “İmişli” ilə üz-üzə gələcək. Bu matç Qəbələ şəhər stadionunda, saat 17:00-da start götürəcək. “Qəbələ” 11 xalla 11-ci, 18 xalı olan “İmişli” doqquzuncudur.

 

Premyer Liqa

XVIII tur

30 yanvar

 

14:30. “Karvan-Yevlax” – “Sumqayıt”

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.

VAR: İnqilab Məmmədov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Yevlax şəhər stadionu

 

17:00. “Qəbələ” – “İmişli”

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Qəbələ şəhər stadionu

 

Qeyd edək ki, XVIII tura fevralın 1-də yekun vurulacaq.

Bənzər xəbərlər