featured-image-74748

Azərbaycan Premyer Liqasında bu gün XIX tura start verilib.

Msport.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Sabah” evdə “Araz-Naxçıvan”la üz-üzə gəlib. “Sabah” rəqibini 4:1 hesabı ilə məğlub edib. Valdas Dambrauskasın komandası ən yaxın izləyicisi “Qarabağ”ı 7 xal qabaqlayır.

Günün son matçı Sumqayıtda baş tutub. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın son dəqiqələrində vurulan qol sayəsində “Zirə” səfərdə 3:2 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində “Zirə” xallarının sayını 32-yə çatdırıb və 3-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 30 xalla 5-ci yerə düşüb.

 

Premyer Liqa

XIX tur

8 fevral

 16:00. “Sabah” – “Araz-Naxçıvan” 4:1 

Qollar: U. Raxmonaliyev, 9-pen, A. Maluda, 11, X.Əliyev, 16, 68 – F.Santos, 86

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Emin Əliyev

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Elçin Məmmədo

“Bank Respublika Arena”

 

18:30. “Sumqayıt” – “Zirə” – 2:3

Qollar: N.Ninkoviç, 26, A.Ramalinqom, 50 – D.Volkov, 24, Q.Alıyev, 35, G.Papunaşvili, 88

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov

VAR: Rauf Cabarov

AVAR: Kamran Əliyev

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.

Bənzər xəbərlər