"Qarabağ"ın yeni transferi kimdir?
“Qarabağ” heyətinə yeni futbolçu cəlb edəcək. Msport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün “Turan Tovuz”la oyundan (1:0) sonra mətbuat konfransında yeni transfer olacağını təsdiqləyib.
O, Jeremi Qnalinin Bakıya gələcəyini bildirib. Kimdir J.Qnali?
23 yaşlı fransalı futbolçu daha çox müdafiənin sol cinahında çıxış edir. Onun Kiprin “AEK Larnaka” klubu ilə müqaviləsi bu ilin yayına qədərdir.
Qnali “AEK Larnaka”ya 2024-cü ilin sentyabrında İspaniyanın “Tarazona” komandasından transfer olunub. Müdafiəçi İspaniyada “Melilya” klubunda da forma geyinib. Fransalı futbolçu karyerasına vətənində “Metz”də başlayıb. O, bu klubda U-19 və B komandalarında çıxış edib.
Qnali “AEK Larnaka”da 60 oyunda meydana çıxıb və 7 məhsuldar ötürmə verib.
Transfermarkt onu 450 min avro dəyərləndirir.







