UEFA reytinqi: Azərbaycan 25-ci pillədə qaldı
Azərbaycan UEFA reytinqində həftəni 25-ci pillədə başa vurub.
Msport.az xəbər verir ki, bu, “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda İngiltərədə “Mançester Yunayted”ə uduzması (0:4) ilə reallaşıb.
Azərbaycanın aktivində 23.687 əmsal var. İsrail (23.875) 24-cü, Sloveniya (22.843) 26-cıdır.
UEFA reytinqinə İngiltərə (103.130) başçılıq edir.







