100-cü qol Şamaxıda vuruldu
Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub.
Msport.az xəbər verir ki, yubiley qolu 8-ci turun “Şamaxı” – “Şəfa” oyununa təsadüfi edib.
“Şamaxı”nın portuqaliyalı müdafiəçisi Jota Oliveyra matçın 65-ci dəqiqəsində fərqlənməklə mövsümdə 100-cü qolun müəllifi olub. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.







