featured-image-84829

Azərbaycan milli komandası sabah UEFA Millətlər Liqasının D Liqasında səfərdə Lixtenşteynlə üz-üzə gələcək.

Msport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında matç haqda danışıb:

“Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuzu keçirəcəyik. Ardınca isə Andorra ilə yoldaşlıq görüşümüz var.

Qrup liderliyini təmin etmək üçün Lixtenşteyn üzərində mütləq qələbə qazanmalıyıq. Rəqibin oyun üslubunu yaxşı bilirik.  Bakıdakı görüşdə heç-heçə etmişdik. Bu dəfə doğma meydanda daha inamlı çıxış etməyə çalışacaqlar. Komandamız oyuna tam hazırdır və əhval-ruhiyyə yüksəkdir. Premyer Liqada gərgin mübarizə davam edir, futbolçular da yaxşı formadadırlar. İnanıram ki, sabah meydandan istədiyimiz nəticə ilə ayrılacağıq”.

Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bənzər xəbərlər