AFFA Hakimlər Komitəsinin sabiq sədri Türkiyədə iş verdilər
Türkiyə Futbol Federasiyası Hakimlər Komitəsinə yeni sədr təyin olunub.
Msport.az xəbər verir ki, bu vəzifəyə ingiltərəli Entoni Teylor təyin olunub.
Bundan başqa, Hakimlər Komitəsinə yeni üzvlər də təyin olunub.
Alan Snoddi, İqor Radoyçiç və Barış Şimşek komitə üzvü kimi fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, B.Şimşek 2022-2024-cü illərdə AFFA Hakimlər Komitəsinin sədri olub.







