"Araz-Naxşıvan" "Sabah"ı, "Sumqayıt" "Qarabağ"ı büdrədə biləcək?
Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.
Çempionlar liqasında əsas mərhələyə yüksəlmiş “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.
“Qarabağ” isə səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Matç saat 20:15-də start götürəcək.
31 avqust (bazar ertəsi)
18:00. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Tyemurov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Zöhrab Abbasov
Qəbələ şəhər stadionu
20:15. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Gülnurə Əkbərzadə
“SOCAR Polymer Arena”
29 avqust
“Şəfa” – “İmişli” – 0:1
“Qəbələ” – “Şamaxı” – 0:0
30 avqust
“Zirə” – “Neftçi” – 1:0
“Kəpəz” – “Turan Tovuz” – 1:0







