“Sabah” – “Slaviya” oyununda antirekord
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda baş tutan “Sabah” – “Slaviya” (Çexiya) oyununda antirekord qeydə alınıb.
Msport.az xəbər verir ki, qarşılaşmada qapı “çərçivə”sinə ilk zərbə yalnız 35-ci dəqiqədə vurulub.
Bu göstərici qitənin ən nüfuzlu klub turnirinin tarixində statistik məlumatların toplanmağa başlandığı dövrdən (2003/2004 mövsümündən) bəri “çərçivə”yə birinci zərbənin vurulması üçün ən uzun müddət olaraq tarixə düşüb.
“Sabah”ın hücumçusu Kahim Parris 17-ci dəqiqədə topu rəqib qapısından keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan çempionu Bakı Olimpiya Stadionunda baş tutan matçda Çexiya təmsilçisini iki cavabsız qolla məğlub edib.







