“İmişli”nin baş məşqçisi məlum oldu – RƏSMİ
“İmişli”də istefaya göndərilən baş məşqçi Fərid Namazovu əvəzləyəcək şəxs məlum olub.
Msport.az xəbər verir ki, baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq Ervins Perkons icra edəcək.
Latviyalı mütəxəssis müvəqqəti olaraq komandanın məşq prosesinə və oyunlara hazırlığına rəhbərlik edəcək.
Qeyd edək ki, Perkons F.Namazovun köməkçilərindən idi.







