“Barselona” 60 milyon avroluq təklifə “yox” dedi
İspaniyanın “Barselona” klubu futbolçusu Rafinyanı satmaq istəmir.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi vingeri üçün təklif olunan 60 milyon avro ilə razılaşmayıb.
Braziliyalının xidmətində İngiltərə klubları maraqlıdır. Onlardan biri La Liqa təmsilçisinə rəsmi təklif göndərsə də, adı açıqlanmayan klubun vermək istədiyi məbləğ “Barselona”nı qane etməyib. İspaniyalılar Rafinyanı 80 milyondan aşağı qiymətə satmaq niyyətində deyil.
Qeyd edək ki, cənubi amerikalı mövsümün 31 matçında 8 qol və 11 assistə imza atıb.