“Sabah”la oyunöncəsi 6 itki – “Vikinq”də
Norveçin “Vikinq” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Sabah” önünə tam heyətlə çıxa bilməyəcək.
Msport.az xəbər verir ki, Stavanger təmsilçisində ev oyunu öncəsi 6 futbolçu zədədən əziyyət çəkir.
Bunlar müdafiəçilər Anders Baertelsen, Sondre Byörsxul, Martin Ove Roset, həmçinin hücumçular Veton Berişa, Kelvin Frimponq və Nik D’Aqostinodur. Frimponqun zədəsi daha ağır olduğundan, o, ümumiyyətlə, Çempionlar Liqasının iştirak ərizəsində yoxdur. Digərlərinin də “Sabah”la qarşılaşmanı buraxacaqları artıq dəqiqdir.
Qeyd edək ki, “Vikinq” stadionunda keçiriləcək “Vikinq” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







