featured-image-74832

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 19-cu turunda “Karvan Yevlax”ı 1:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, Qərb klubunun baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında oyunu dəyərləndirib. O, “Kəpəz”lə  kubok oyunundakı emosional davranışı üçün azarkeşlərdən üzr istəyib:

“Əvvəlcə kubok oyunundakı davranışıma görə azarkeşlərdən üzr istəyirəm. Bu, emosiyalara qapılmağın nəticəsi idi. Oyuna gəlincə,  əlimizə düşən imkanları dəyərləndirə bilmirik. Əgər ikinci qolu vursaydıq, matç tam bizim istədiyimiz ssenari ilə gedərdi. Bu səbəbdən də matçın sonları dramatik keçdi”.

Baş məşqçi son vaxtlar qol vura bilməyən hücumçu İbrahima Vadjiyə dəstək verib və qapıçı dəyişikliyinin səbəbini əsas qolkiper Oleq Baklovun zədəsi ilə əlaqələndirib:

“İbrahima Vadji təhlükəli vəziyyətlər yaradır. Mən ona inanıram. Əminəm ki, qol vuracaq. Qapıçı məsələsinə gəlincə, Oleq Baklov zədəlidir. Kim güclü olacaqsa, o da oynayacaq”.

Bənzər xəbərlər