“Borussiya”nın qapıçısı: “Bizim üçün böyük dərs oldu”
“Borussiya Dortmund”un isveçrəli qapıçısı Qreqor Kobel Bakıda “Sabah”a qarşı keçirdikləri matçdan sonra matçda yaşanan gərgin anlardan danışıb.
Msport.az xəbər verir ki, təcrübəli qolkiper 2:1 hesablı qələbəyə baxmayaraq, matçın son dəqiqələrində böyük həyəcan yaşadıqlarını gizlətməyib:
“Hesab 2:1 olduqdan sonra “Sabah” üzərimizə inanılmaz təzyiqlə gəlməyə başladı. Nəfəs ala bilmirdik. Xüsusilə son 10 dəqiqədə ard-arda qazandıqları kornerlər və cərimə meydançamıza edilən asmalar zamanı gərginlik o həddə çatmışdı ki, oyunçularımız sırf topu irəli vurub vaxt udmağı düşünürdülər. “Sabah” bizi öz cərimə meydançamıza sıxışdırdı. Bu səviyyədə bir matçda belə gərgin sonluq yaşamaq bizim üçün də böyük dərs oldu”.







