Bruno Fernandes təklif gözləyir
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes klubdakı vəziyyətin yaxşılaşmasını gözləməkdən yorulub.
Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu qış transfer dönəmində “qırmızı şeytanlar”dan ayrıla bilər.
O, daha iddialı hədəfləri olan komandaya keçməyi planlaşdırır. Fernandes 2020-ci ildən Mançester təmsilçisində çıxış edir. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci il iyunun sonunda başa çatacaq. 32 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 35 milyon avro qiymətləndirilir.
İngiltərə Premyer Liqasında 7 turdan sonra 7 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.







