featured-image-83901

“Sabah”ın üzvü Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox seyv edən qapıçılar arasında 2-ci pilləyə yüksəlib.

Msport.az xəbər verir ki, Qazaxıstan millisinin qolkiperi “Borussiya” (Dortmumd) ilə matçda  7 dəfə komandasını qoldan xilas edib və turnirin əsas mərhələsində qurtarışlarının sayını 18-ə çatdırıb.

 

Siyahıya 20 seyvlə Bratislava “Slovan”ının qapıçısı Dominik Takaç başçılıq edir.

“Portu”nun qapıçısı Dioqu Koşta, “Bodo-Qlimt”in qolkiperi Nikita Haykin və PSJ-nin qapıçısı Matvey Safonov isə hərəyə 14 qurtarışla 3-cü yeri bölüşürlər.

Bənzər xəbərlər