featured-image-21212

“Donyonun gedişi düzgün addım idi. Çünki istənilən effekti verə bilmədi. İlk matçlarda yaxşı təsir bağışlasa da, sonradan oyunu alınmadı”.

Bunu Msport.az-a açıqlamasında “Neftçi”ni Kiprin “Apollon” (Limassol) klubuna dəyişən qanalı futbolçu Qodsvey Donyonun Azərbaycan üzrə təmsilçisi Ceyhun Sultanov deyib.

Menecer 29 yaşlı forvardın gedişini bu cür şərh edib: “Bildiyim qədərilə çox darıxır və uyğunlaşa bilmirdi. “Apollon”a keçidi öz seçimidir. Karyerası yaxşı alınacaqsa, xeyirlisi olsun. Hər iki tərəf üçün düzgün addım olduğunu düşünürəm”.

Qeyd edək ki, cari mövsümün əvvəlindən “Neftçi”də çıxış edən Qodsvey Donyo “Apollon”la 2025-ci ilin yayınadək müqavilə imzalayıb.

CAHİD 

Bənzər xəbərlər