featured-image-83464

Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları davam edir. 

Msport.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

“Zirə” öz meydanında “Şamaxı” ilə qarşılaşacaq. Rəşad Sadıqovun komandası 10 xalla beşinci, bölgə təmsilçisi isə 9 xalla yeddinci yeri tutur.

Günün ikinci matçında  “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Bu görüş qonaqların baş məşqçisi Yeton Bekirinin debüt matçı olacaq.  Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonu yararsız hala düşdüyündən oyun  “SOCAR Polymer Arena”da keçiriləcək. 

Azərbaycan Premyer Liqası

VII tur

10 oktyabr (şənbə)

17:00. “Zirə” – “Şamaxı”
Hakimlər:
 Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov, Əkbər Əhmədov (VAR), Kamran Bayramov (AVAR)
Zirə İdman Kompleksinin stadionu

19:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər:
 Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə, Əliyar Ağayev (VAR), Zeynal Zeynalov (AVAR)
“SOCAR Polymer Arena”

11 oktyabr (bazar)

16:00. “İmişli” – “Qarabağ”

18:30. “Şəfa” – “Turan Tovuz”

9 oktyabr (cümə)

“Araz-Naxçıvan” – “Kəpəz” – 0:2

“Neftçi” – “Sabah” – 0:0

Bənzər xəbərlər