featured-image-84511

“Vikinq”in baş məşqçisi Byarte Lunde Orsheym UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Sabah” üzərində qələbəni (4:1) şərh edib.

Msport.az xəbər verir ki, o, komandasının çıxışından razı qaldığını vurğulayıb:

“İndicə futbolçulara dedim ki, siz artıq öz adınızı böyük hərflərlə “Vikinq”in tarixinə yazdırdınız. Onların çıxışından çox təsirlənmişəm. Həqiqətən də klubumuz üçün möhtəşəm və tarixi bir hadisədir. Oyunçularımın meydandakı əzmkarlığından və nümayiş etdirdikləri futboldan son dərəcə qürur duyuram”.

Baş məşqçi qələbəyə tam laqyiq olduqlarını bildirib: “90 dəqiqə boyunca çox yaxşı və intizamlı çıxış etdik. Oyunun nəzarətini əlimizdə saxlayaraq istədiyimiz hücumları təşkil edə bildik. Düşünürəm ki, meydanda göstərdiyimiz futbolla qələbəyə layiq olan tərəf biz idik”.

Bənzər xəbərlər