featured-image-20949

Milli komandamızın baş məşqçisi Canni De Byazi milliyə dəvət alacağı iddia edilən “Ximki” klubunun futbolçusu Ayaz Quliyevlə bağlı fikirlərini bildirib.

Msport.az xəbər verir ki, “CBC Sport”a açıqlama verən italyalı mütəxəssis 29 yaşlı yarımmüdafiəçi ilə danışmadığını deyib:

“Ayazın dediklərini eşitmişəm. Onun bu sözləri məni sevindirdi. Onunla danışmaq istəyirəm ki, müəyyən edim, bizə lazımdır, ya yox. Elə futbolçular lazımdır ki, bizə hörmət etsinlər, yığmaya rəğbət göstərsinlər. Millinin formasını geyinənlər bu ada yaraşan futbolçular olmalıdır”.

Ayaz Quliyev Rusiya mətbuatına müsahibəsində Azrbaycan yığmasında oynamaq ehtimalının olduğunu deyib:

 

 

Bənzər xəbərlər