featured-image-21002

“Qarabağ”ın yeni transferi Adama Diakabi hələ bir il öncə Ağdam klubuna keçə bilərmiş.

Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu “Amyen”ə transfer olunmamışdan qabaq “köhlən atlar”la danışıqlar aparıb. Fransaılı vinger Qurban Qurbanovun komandasına gəlməyə razı olsa da, əməkhaqqı onu qane etməyib. “Qarabağ” yarımmüdafiəçiyə ilinə 400 min avro maaş təklif edib. Lakin Diakabi bununla razılaşmayıb və Azərbaycana gəlməkdən boyun qaçırıb.

Bu il isə vəziyyət dəyişib. “Amyen”dən ayrıldıqdan sonra klubsuz qalan “Monako”nun sabiq üzvü özü menecerlər vasitəsi ilə “Qarabağ”la təmasa keçib. O, artıq əvvəlki kimi fantastik şərtlər irəli sürə bilməyib və ili 400 minə oynamağa razılaşıb.

Xatırladaq ki, “Qarabağ” Diakabi ilə 2025-ci ilin iyununa kimi müqavilə bağlayıb.

AYXAN 

Bənzər xəbərlər