featured-image-21105

“Bu gün İlqar Nadiri ilə görüşməliyəm. Görək, neyniyirik. Həm də B kurslarını oxumalıyam. “Kəpəz”lə müqaviləm var. Klub rəhbərliyi ilə anlaşa bilsək, müqaviləni pozacağıq. Alınmasa, orada davam edəcəyəm”.

Bunu Msport.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Əfran İsmayılov deyib.

35 yaşlı yarımmüdafiəçi bildirib ki, “sarı-göylər”lə müqaviləni pozsa belə, Gəncə təmsilçisində qalacaq: “İlqar müəllim anlayışlı insandır, oturub danışacağıq. O da təklifini edəcək, mən də. Mövsümün sonunadək sözləşməm var, lazım olsa, qalıb dublda oynayıb pulumu alacam. Müqaviləyə xitam verilsə belə, B kateqoriyasını oxuduğum üçün “Kəpəz”in U-13 və ya U-14 komandasına məşq keçməliyəm”.

Qeyd edək Əfran İsmayılov baş məşqçi Tərlan Əhmədovun qərarı ilə əvəzedici komandaya göndərilib.

Bənzər xəbərlər