Əzəli rəqiblər “Tottenhem”in ulduzuna göz dikdi
“Barselona” və Madrid “Real”ı “Tottenhem”in sağ cinah müdafiəçisi Pedro Porronu hədəfə alıb.
Msport.az xəbər verir ki, artıq vasitəçilər hər iki klubla danışıqlar aparıblar.
London klubu 27 yaşlı futbolçunu ən azı 75 milyon funt sterlinqə (təxminən 90 milyon avro) satmağa hazırdır. İspaniyalı müdafiəçinin özü də “Barselona”ya və ya “Real”a keçməkdə maraqlıdır.
Qeyd edək ki, Porro bu mövsüm bütün turnirlərdə 4 oyunda iştirak edib. Onun “Tottenhem”lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.







