Halandın transferi üçün ilk addım atıldı
“Mançester Siti”nin hücumçusu Erlinq Haland karyerasını “Barselona”da davam etdirə bilər.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi “şəhərlilər”in düşdüyü çətin vəziyyətdən yararlanmaq istəyir və artıq 26 yaşlı forvardın transferi ilə bağlı danışıqlara başlayıb.
“Barselona” bu transfer uğrunda mübarizədə “Real”ı qabaqlamağı hədəfləyir. “Mançester Siti” maliyyə məsələləri ilə bağlı ciddi cəzaya məruz qalarsa, norveçli futbolçunun nisbətən aşağı məbləğ qarşılığında transfer oluna biləcəyi gözlənilir.
Bundan başqa, Kataloniya klubunun “Mançester Siti”nin digər futbolçuları – Yoşko Qvardiol, Rayan Çerki, Ceremi Doku, Fil Foden və Antuan Semenyo ilə də maraqlandığı bildirilir.
“Transfermarkt” portalı Halandın bazar dəyərini 220 milyon avro qiymətləndirir.







