featured-image-83733

İsveç millisinin sabiq futbolçu Zlatan İbrahimoviç “Milan”ın idman struktunda tutduğu rəhbər postundan ayrılıb.

Msport.az xəbər verir ki, İbrahimoviçin bu qərarı özünün verib-vermədiyi, yoxsa klubun sahibi Cerri Kardinalenin belə qərar qəbul etdiyi məlum deyil.

Bununla belə, mənbə komandanın baş məşqçisi Ruben Amorimin bu məsələdə heç bir rolunun olmadığını vurğulayıb. İbrahimoviç “Milan”ın sahibi olan “RedBird Capital Partners” şirkətində baş məsləhətçi vəzifəsini qoruyub saxlayır.

Qeyd edək ki, İtaliya A Seriyasında altı turdan sonra “Milan” 12 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər