featured-image-76888

Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub.

Msport.az xəbər verir ki, son oyun günündə 2 matç olub.

Autsayderlərdən olan “Qəbələ” öz meydanında “İmişli”ni qəbul edib. Qonaqlar 1 cavabsız qolla matçı qalib tamamlayıb.

Günün və turun son matçı Tovuzda keçirilib. “Turan Tovuz” doğma meydanında “Sumqayıt”la üz -üzə gəlib. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.

12 aprel (bazar)

Misli Premyer Liqası 

27-ci tur

“Qəbələ” – “İmişli” – 0:1
Qol: Dioqo Rollo, 45
Qəbələ şəhər stadionu

“Turan Tovuz” – “Sumqayıt” – 2:1
Qollar: Filip Ozobiç, 9; Joarlem Santos, 50 – Rayan Senhadji, 64
Tovuz şəhər stadionu

10 aprel (cümə)

“Karvan-Yevlax” – “Kəpəz” – 4:1

11 aprel (şənbə)

“Neftçi” – “Araz-Naxçıvan” – 2:1

 “Sabah” – “Zirə” – 2:2

“Şamaxı” – “Qarabağ” – 0:0

Bənzər xəbərlər