"İmişli" "Turan"a qarşı, "Zirə" Gəncədə 3 xal götürə biləcək?
Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Baş məşqçisi Fərid Namazovu istefaya göndərən “İmişli” Yevlaxda “Turan Tovuz”u qəbul edəcək.
“Zirə” isə Gəncədə “Kəpəz”lə çətin sınaq gözləyir.
18 oktyabr (bazar)
Misli Premyer Liqası, 8-ci tur
15:00.“İmişli” – “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə, Kamranbəy Rəhimov (VAR), Gülnurə Əkbərzadə (AVAR)
Yevlax şəhər stadionu
18:30.“Kəpəz” – “Zirə”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev, Rauf Cabarov (VAR), Kərim Zeynalov (AVAR)
Gəncə şəhər stadionu
Turun digər nəticələri
“Şamaxı” – “Şəfa” – 3:2
“Sumqayıt” – “Araz-Naxçıvan” – 2:1
“Qarabağ” – “Neftçi” – 3:3
“Qəbələ” – “Sabah” – 0:4







