featured-image-83737

İngiltərə millisinin hücumçusu Harri Keyn “Bavariya” ilə yeni müqavilə imzalamağa razılıq verib.

Msport.az xəbər verir ki, tərəflər arasında razılaşmanın 2029-cu ilin yayına qədər qüvvədə olacağı bildirilir.

2023-cü ildə “Tottenhem”dən Münhen klubuna keçən 33 yaşlı futbolçu indiyədək “Bavariya”nın heyətində 156 oyunda 154 qol vurub. O, Almaniya klubunda iki dəfə Bundesliqa çempionluğu qazanıb, həmçinin Almaniya Kubokunun qalibi olub.

Hazırda müqavilənin uzadılması ilə bağlı əsas razılıq əldə edilib və klub sənədləşmə işlərini yekunlaşdırır. Hələlik yeni müqavilənin rəsmi imzalandığı açıqlanmayıb.

Bənzər xəbərlər