featured-image-21206

“Neftçi”nin hücumçusu Qodsvey Donyonun Kiprin “Apollon” klubuna transferi tamamlanmaq üzrədir.

Msport.az xəbər verir ki, Limassol təmsilçisi artıq rəsmi saytı vasitəsilə qanalı forvardla razılıq əldə olunduğunu açıqlayıb.

Kipr klubu 28 yaşlı forvardla 2025-ci ilin 31 mayına kimi anlaşdığını bəyan edib. Futbolçu tibbi baxışdan keçmək və rəsmi müqaviləyə imza atmaq üçün Kiprə yollanıb.

Məşhur “Transfermarkt” nəşrində də Donyonun “Neftçi”ni “Apollon”a dəyişdiyi barədə məlumat yerləşdirilib. Lakin bu transferin maddi detalları açıqlanmır.

Xatırladaq ki, Qodsvey Donyo 2022-ci ilin yayında “Neftçi”yə keçmişdi. Onun “ağ-qaralar”la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu. Hücumçu paytaxt təmsilçisində 21 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər