featured-image-75015

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda “İmişli”nin qonağı olur.

Msport.az xəbər verir ki, Qurban Qurbanov səfər matçında əsas heyətə şans versə də, yalnız qapıçı Mateuş Koxalski yoxdur.

Çərçivəni Fabian Buntiç qoruyacaq. Ehtiyat qapıçı kimi isə pratakolda Amin Ramazanovun adı qeyd olunub.

Bir neçə gün öncə Koxalski Polşa mətbuatına müsahibəsində qışda az qala “Vidzev”ə gedəcəyini demişdi. O, sevgilisi olmadan Bakıda yaşamağın onun üçün çətinliyini vurğulamışdı. İndi də Koxalskinin heyətdə olmaması istər-istəməz şübhələrə yol açır.

Bənzər xəbərlər