featured-image-83923

PSJ-nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya ağır zədə səbəbindən 9 aya qədər yaşıl meydanlardan kənarda qala bilər.

Msport.az xəbər verir ki, bu barədə ön çarpaz bağ zədələrinin reabilitasiyası üzrə ixtisaslaşmış fizioterapevt Anxel Vilyanueva sosial şəbəkədə paylaşım edib.

Kvaratsxeliya Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Barselona” ilə keçirilən və Paris təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatan görüşdə zədələnib. Gürcüstanlı futbolçu kataloniyalıların müdafiəçisi Xavi Espartla toqquşmadan sonra 59-cu dəqiqədə əvəzlənib. O, ayağının üzərinə basa bilmədiyi üçün meydanı klubun iki əməkdaşının köməyi ilə tərk edib.

Qeyd edək ki, Kvaratsxeliyanın zədəsinin xarakteri və bərpa müddəti ilə bağlı klubun rəsmi tibbi rəyi təqdim olunan məlumatlarda yer almayıb.

Bənzər xəbərlər