La Liqa klubu 2 ulduz futbolçunu istəyir
İspaniyanın “Xetafe” klubu heyətini iki tanınmış futbolçu ilə gücləndirməyi planlaşdırır.
Msport.az xəbər verir ki, klubun prezidenti Anxel Torres “Movistar Plus” telekanalına açıqlamasında Ceydon Sanço və Dani Parexo ilə danışıqlar aparıldığını təsdiqləyib.
“Uçenin zədə səbəbindən yoxluğunu kompensasiya edə bilməmişik. Sanço ilə danışıqlar aparırıq. Üç-dörd ay əvvəl də onunla əlaqə saxlamışdıq. Parexo da variantlardan biri ola bilər. Gələn həftə bu danışıqları yekunlaşdırıb-yekunlaşdıra bilməyəcəyimiz məlum olacaq”, – deyə Torres bildirib.
26 yaşlı ingiltərəli futbolçunun transferi qarşısında əsas maneə onun yüksək maaş tələbidir.







