featured-image-83749

PSJ klubu “Barselona”nın müdafiəçisi Erik Qarsiyanı transfer etməyi planlaşdırır.

Msport.az xəbər verir ki, Paris təmsilçisi ispaniyalı futbolçunu 2027-ci ilin yay transfer pəncərəsi üçün əsas hədəf seçib.

PSJ-nin baş məşqçisi Luis Enrike 25 yaşlı müdafiəçini komandasında görmək istəyir. Fransa klubu Erik Qarsiya üçün “Barselona”ya 70 milyon avro təklif edə bilər. PSJ müdafiənin mərkəzində və cinahlarında oynamaq bacarığına malik futbolçunu heyətinə qatmaqla müdafiə xəttini gücləndirməyi hədəfləyir.

Qeyd edək ki, Erik Qarsiyanın “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. İspaniyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 51 oyunda meydana çıxıb və bunların 47-də start heyətində yer alıb.

Bənzər xəbərlər