Mahir Emrelinin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” komandasının yeni baş məşqçisi açıqlanıb.
Msport.az xəbər verir ki, bu barədə Polşa təmsilçisi məlumat yayıb.
David Szvarqa ilə anlaşma əldə olunub. Onun klubla müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonunadək nəzərdə tutulub. 36 yaşlı mütəxəssis bu postda Tomaş Kaçmareki əvəzləyib.
Qeyd edək ki, “Rakuv” Polşa çempionatında 6 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.







