featured-image-83877

Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) portuqaliyalı ulduz Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubunun səhmlərinin nəzarət paketini satmaq imkanını nəzərdən keçirir.

Msport.az xəbər verir ki, potensial alıcı “Milan”ın sahibi olan Amerikanın “RedBird Capital” şirkətinin rəhbərlik etdiyi investorlar qrupudur.

“RedBird” nümayəndələri artıq PIF rəhbərliyi ilə iki görüş keçiriblər. Danışıqlar zamanı Səudiyyə Ərəbistanı klubunun səhmlərinin 70 faizinin alınması müzakirə olunub. Səhm paketinin təxmini dəyəri 230 milyon dollar təşkil edir.

Mümkün satışın səbəblərindən biri klubun maliyyə vəziyyətidir. “Əl-Nəsr”in borcu təxminən 190 milyon avroya çatır. PIF yeni kommersiya sponsorlarının cəlb edilməsi hesabına da komandanın iqtisadi göstəricilərini yaxşılaşdırmağa ümid edir.

Sövdələşmənin digər potensial iştirakçıları arasında Səudiyyə Ərəbistanının “Saudi Media Company” şirkətinin də adı çəkilir.

Bənzər xəbərlər