featured-image-83887

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala zədəsini sağaltmağa yaxındır.

Msport.az xəbər verir ki, 23 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Arsenal”la və Bundesliqanın 7-ci turunda “Frayburq”la keçiriləcək görüşləri buraxacaq.

Almaniya millisinin üzvünün oktyabrın 28-də ölkə kubokunda “Maqdeburq”a və ya oktyabrın 31-də Bundesliqada Dortmund “Borussiya”sına qarşı matçda meydana qayıdacağı gözlənilir.

Qeyd edək ki, Musiala sentyabrda Almaniya millisinin düşərgəsində olarkən bud nahiyəsindən zədələnib. Müayinələr zamanı onun bud əzələsində qismən yırtıq aşkarlanıb.

Bənzər xəbərlər