featured-image-21183

Neftçi”nin futbolçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirməyə çox yaxındır.

Msport.az “Themasports” nəşrinə istinadən xəbər verir ki, “Apollon” (Limassol) klubu 29 yaşlı hücumçu ilə anlaşıb.

Limassol təmsilçisinin Donyo üçün “Neftçi”nin maliyyə tələblərini ödədiyi bildirilib.

Gözlənilməz bir şey baş verməsə, qanalı oyunçu Kiprə gedəcək və rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Qodsvey Donyo ötən il “Neftçi”yə keçib. Onun “ağ-qaralar”la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.

Bənzər xəbərlər