Paytaxt klubunun futbolçusu əməliyyat olundu
“Çelsi”nin müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib.
Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb.
Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada “Bornmut”la keçirilən matçdan (5:1) əvvəl, məşq zamanı zədələnib.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 4 oyunda iştirak edən futbolçu 1 sarı vərəqə ilə yadda qalıb. “Çelsi” 6 turdan sonra 10 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.







