featured-image-83909

“Sabah”ın qapıçısı Stas Pokatilov hesab edir ki, Bakı təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund “Borussiya”sı ilə oyunda ən azı heç-heçəyə layiq idi.

Msport.az xəbər verir ki, təcrübəli qolkiper 1:2 hesablı məğlubiyyətdən sonra matçla bağlı fikirlərini bölüşüb.

“Hazırda nə emosiyam, nə də gücüm qalıb. Ən azı uduzmamağı çox istəyirdik və düşünürəm ki, bunun üçün imkanlarımız var idi. Amma “Borussiya” artıq başqa səviyyədir, “Slaviya” deyil. Hesab edirəm ki, debütant komanda kimi layiqli oyun göstərdik, xüsusilə də ilk dəqiqələrdən yaxşı təsir bağışladıq. Eyni ruhda davam edəcəyik”, – deyə Pokatilov bildirib.

Qeyd edək ki, üç turdan sonra “Sabah”ın aktivində 3 xal var.

Bənzər xəbərlər