Premyer Liqa: “İmişli”dən 1 qollu qələbə
Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” səfərdə “İmişli” ilə üz-üzə gəlib.
Yevlax şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 1:0. 25-ci dəqiqədə Dioqo Rollo fərqlənib.
Qələbə sayəsində xallarının sayını 7-yə çatdıran “İmişli” doqquzuncu pillədə qərarlaşıb. Tovuz təmsilçisi 14 xalla dördüncü sıradadır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Şəfa”nı (3:2), “Sumqayıt” “Araz-Naxçıvan”ı (2:1), “Sabah” “Qəbələ”ni (4:0) məğlub edib. “Qarabağ” – “Neftçi” oyununda qalib müəyyənləşməyib – 3:3.







