“Kəpəz” “İmişli”ni büdrətdi, "Turan Tovuz"dan qələbə
“Kəpəz” cari mövsüm Azərbaycan Premyer Liqasında ilk dəfə heç-heçə edib.
Msport.az xəbər verir ki, Gəncə təmsilçisi XIX turda “İmişli” ilə üz-üzə gəlib.
Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma qolsuz yekunlaşıb. Xallarının sayını 19-a çatdıran “İmişli” 9-cu pillədə qərarlaşıb. “Sarı-göylər” 13 xalla 11-ci sıradadır.
Günün ikinci matçında “Turan Tovuz” “Karvan-Yevlax”la üz-üzə gəlib. Qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə baş çatıb.
9 fevral
18:30. “Turan Tovuz” – “Karvan-Yevlax” – 1:0
Qol: Alexandro Serrano ,15-pen.
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
“Azersun Arena”
14:30. “İmişli” – “Kəpəz” – 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu
10 fevral
14:30. “Şamaxı” – “Qarabağ”
19:00. “Neftçi” – “Qəbələ”
8 fevral
“Sabah” – “Araz-Naxçıvan” – 4:1
“Sumqayıt” – “Zirə” – 2:3
Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq. Ötən gün “Sabah” “Araz-Naxçıvan”ı (4:1), “Zirə” “Sumqayıt”ı (3:2) məğlub edib.







