Premyer Liqa klublarının mübarizəsi
“Arsenal” və “Tottenhem” “Brügge”nin hücumçusu Nikolo Tresoldi üçün transfer yarışına qoşulub.
Msport.az xəbər verir ki, 22 yaşlı almaniyalı hücumçu üçün mübarizədə “Arsenal” bir addım öndədir.
Belçika klubu Çempionlar Liqasında “İnter”ə qarşı matçda etdiyi het-trik də daxil olmaqla, Nikolo Tresoldinin təsirli çıxışından sonra futbolçusuna təxminən 52 milyon funt-sterlinq qiymət qoyub.
London klublarının gənc hücumçunu yaxından izlədiyi və növbəti transfer pəncərəsində rəsmi addım ata biləcəkləri qeyd olunur.







