Premyer Liqa nəhənglərinin yeni “radarı”
“Arsenal” və “Mançester Yunayted” “Nyukasl”ın futbolçusu Bazumana Turenin transferində maraqlıdırlar.
Msport.az xəbər verir ki, hər iki klub 20 yaşlı forvardı hələ ötən yay “Nyukasl”a keçməzdən əvvəl izləyib.
Lakin “Nyukasl” rəhbərliyi Kot-d’İvuardan olan futbolçunu satmağı planlaşdırmır. Klub Turenin gələcəyi ilə bağlı narahat deyil. Onun “sağsağanlar”la müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Ture ötən yay Almaniyanın “Hoffenhaym” klubundan “Nyukasl”a transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə beş oyuna çıxaraq iki qol vurub.







