“Qarabağ”dan əzmkar, “Neftçi”dən 1 qollu qələbə
Azərbaycan Premyer Liqasında XIX turun son iki oyunu keçirilib.
Msport.az xəbər verir ki, “Qarabağ” Şamaxıda şəhərin eyniadlı komandasının qonağı olub.
Matçda hesabı “Şamaxı” açsa da, ağdamlılar əzmkar qələbəyə seviniblər. “Qarabağ” 3 xalı 90+4-cü dəqiqədə vurduğu qolla əldə edib. Bununla 2-ci pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələri xallarının sayını 42-yə çatdırıb. “Şamaxı” isə 23 xalla 8-cidir.
Turun son matçında “Qəbələ” səfərdə “Neftçi” ilə üz-üzə gəlib. Görüşün taleyini 1 qol həll edib. Emin Mahmudovun yeganə qolu “ağ-qaralar”a 3 xal qazandırıb. Paytaxt təmsilçisi 27 xallla 7-ci, “Qəbələ” isə 14 xalla 10-cu sıradadır.
Premyer Liqa
XIX tur
10 fevral
14:30. “Şamaxı” – “Qarabağ” – 1:2
Qollar: Oruc Məmmədov, 14 – Joni Montiel, 18, Kamilo Duran, 90+4
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Qəbələ” – 1:0
Qol: Emin Mahmudov, 12
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Palms Sports Arena”
Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində “Sabah” “Araz-Naxçıvan”ı (4:1), “Zirə” “Sumqayıt”ı (3:2), “Turan Tovuz” “Karvan-Yevlax”ı (1:0) üstələyib, “İmişli” – “Kəpəz” görüşündə isə hesab açılmayıb.







